Salyanda da şəhidlərin xatirəsi yad edildi — FOTO

GÜNDƏM 28 sen 2021, 14:43
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Salyan rayonunda ehtiramla yad olunub.

Salyan rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon gəncləri ,hərbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbiri “Şəhidlər” abidə kompleksi və Şəhidlər xiyabanında baş tutmuşdur. Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırıb.

Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, şəhid atası Rövşən Mehdiyev, şəhid anası Xoşgül Axundova, şəhid atası Valeh Mehdiyev, şəhidin həyat yoldaşı Zəhra Əhmədova, “Vətən müharibəsi qəhrəmanı”, polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiklərini diqqətə çatdırmışlar. Anım mərasimi məktəblilərin ifasında kompasiziya ilə davam etdirilib.
Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmmədov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12:00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 2 kişi görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir bir veya daha fazla kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top