Prezident: "Görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik"

XARİCİ SİYASƏT 27 sen 2021, 17:02
“Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpaqlarında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan ərazisi olub. İstər sovet dövründə, istər əvvəlki dövrdə, istərsə də işğal dövründə Azərbaycan torpağı olub”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Biz onları Azərbaycan vətəndaşı hesab edirik. Sadəcə olaraq onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni probakandasından öz yaxalarını qurtarmalıdırlar. Onlar öz gələcəyini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz onları da bərpa-yenidənqurma işlərə cəlb etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji nöqteyi nəzərdən, sülh prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir də müharibə olmasın. Hərhalda biz müharibəyə başlamayacağıq. Əgər Ermənistan tərəfində revanişst meyllər baş qaldırmasa. Əgər biz görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu bizim legitim hüququmuzdur. Amma bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”, - Prezident vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top