İlham Əliyevin əlində tutduğu plakatdakı şəkil kimindir? — VİDEO

GÜNDƏM 27 sen 2021, 16:11
Bu gün keçirilən Anım yürüşündə Prezident İlham Əliyev Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparıb.

XəzərNews-un araşdırmasına görə, Prezidentin əlində tutduğu plakat Vətən müharibəsində həm qardaşını, həm də həyat yoldaşını şəhid verən Nargül İbrahimovanın həyat yoldaşı - Adil Asəm oğlu İbrahimlinin fotosu olub. Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub.



N.İbrahimovanın əvvəl qardaşı Elton şəhid olub, sonra həyat yoldaşı Adil. O, Eltonun məzarına torpaq atıb, Adili isə çiyinində son mənzilə daşıyıb.

Xatırladaq ki, ailəyə Sabunçu rayonu Ramana qəsəbəsində yeni mənzil də verilib.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top