Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi

MEDİA 25 sen 2021, 11:58
Sentyabrın 24-də Azərbaycan Prezidentinin Administrasiyası, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə dövlət qurumlarının nümayəndələri üçün “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib.

Demokrat.az xəbər verir ki, seminarın təşkilində məqsəd dövlət qurumları ilə ictimaiyyət arasında sosial medianın müasir kommunikasiya vasitəsi kimi rolunu vurğulamaq, şəffaflıq və açıqlıq prinsiplərini rəhbər tutaraq, vətəndaş məmnuniyyətinin artırılmasını təmin etmək, dövlət qurumları tərəfindən bu platformalardan məqsədyönlü və səmərəli şəkildə istifadə edilməsini, ictimaiyyətin proseslərə cəlb edilməsini, iştirakçılığını və əks-əlaqəni təşviq etməkdir.

Seminarda iştirakçılara sosial mediadan səmərəli istifadə üzrə təqdimat edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top