Şəhid övladları "Xudayar təsnifi"ni Şuşada oxudu — VİDEO

SOSİAL 24 sen 2021, 17:49
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər. 

Şəhid övladlarının könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuması hər kəsi kövrəldib. Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub. 

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpiblər, dualar oxuyublar.
 


Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top