Paşinyan yenə aləmi qarışdırdı: "2 erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır"


REGİON 21 sen 2021, 21:41
"Məğlubiyyətimiz qələbəyə çevrilməlidir". 

Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandakı Respublika Meydanında müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışında söyləyib.

Paşinyan çıxışına Ermənistanın 30 illik müstəqillik tarixinə ekskurs edib: "Uğur və uğursuzluq, qələbə və məğlubiyyət, göz yaşı və sevinc, ilham və ümidsizlik, heyranlıq və məyusluq, müharibələr, qələbə və məğlubiyyət görəcəyik. İndi sual, necə yaşayacağımız və uşaqların, dul qadınların, ataların gözlərinə necə baxacağımızdır.  Verilmiş qurbanların mənasız sayılmaması üçün nə etməli? Bizim ən böyük vəzifəmiz müstəqil bir dövlətin gələcəyi üçün doğru təlimatları formalaşdırmaqdır".

Paşinyan çıxışında Azərbaycana qarşı yenə də separatçı ifadələrə yer verib: "Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və "Artsax" uğrunda öldülər. 2 erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır, "Artsax" və Ermənistan respublikaları inkişaf edərkən bu, onların qurbanlarının olmadığını göstərir. Söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir”.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top