PA-nın şöbə müdiri: "Azərbaycanda yeni siyasi konfiqurasiya qurulub"


GÜNDƏM 21 sen 2021, 15:00
"Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatlar nəticəsində ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalarla iş yenidən təşkil edilib".

Demokrat.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top