Şəxsi məşqçisi Nəriman Abbasov üçün maşın istədi

İDMAN 21 sen 2021, 12:50
"Nəriman Abbasov qalib gəldi. İndi xalq igidinə sahib çıxsın. Yeni idman nazirimiz də gəlib. Bu gözəl oğlanı nəzərə alsınlar".

Demokrat.az xəbər verir ki, bu fikirləri MMA döyüşçüsü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis azərbaycanlı iş adamlarına da müraciət edib: "Çıxsınlar, bizim qonşu ölkələr kimi, bu gözəl oğlana bir avtomobil hədiyyə etsinlər. O, buna layiqdir".

Qeyd edək ki, Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top