Professor COVID-dən danışmağa niyə tövbə etdi? —SƏBƏB


SOSİAL 20 sen 2021, 20:45
Tibb elmləri doktoru, professor Adil Qeybulla mediada koronavirus mövzunda açıqlama verməkdən imtina edib.

Bu barədə Bizim.Media-ya həkimin özü bildirib.
 
“Bilirsiz ki, mən heç vaxt mətbuatdan qaçmamışam və jurnalistlərin suallarından da yayınmamışam. Sadəcə olaraq sosial şəbəkələrdə, xüsusilə “Facebook”da verdiyim açıqlamaların altında çox iyrənc şərhlər, təhqir və söyüşlər gəlirdi. Barəmdə çox tərbiyəsiz ifadələr yazlırdı. Hansı ki, onları dilə gətirmək mümkün deyil. Bu səbəbdən özümə embarqo qoydum. Maraqlısı budur ki, vətəndaş mövqeyi lazım olanda heç kim danışmırdı. Amma indi bu məsələyə qısqanc yanaşanlar var.
 
Ən dəhşətlisi odur ki, bu cür söyüşlər olanda jurnalistlər kənara çəkilir və bir adam müdafiə etmir”, deyə professor qeyd edib. 

Adil Qeybullanın sözlərinə görə son vaxtlar sosial şəbəkələrə təriqət zombiləri, radikal düşüncəli və mariginal təfəkkürlü şəxslər doluşub: 
“Halbuki sosial şəbəkə bundan ötrü deyil. Sosial şəbəkələr Azərbaycan kimi ölkədə qlobal problemləri, milli məsələləri, Azərbaycan tarixinin bizə görünməyən qaranlıq səhifələrini açmaq, analiz etmək və təsəvvürləri düzgün formalaşdırmaq üçün gərəkdir. Bu şəbəkələr insanların inkişafına xidmət etməkdənsə, söyüş yuvasına və tərbiyəsiz insanların ünsiyyət yerinə çevrilib. Ona görə də hər hansı bir məlumatın ora çıxması xoş olmayan şeylərə səbəb olur”. 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 okt 2021, 23:00
Top