“Neftçi” “Keşlə”ni məğlub etdi

İDMAN 19 sen 2021, 21:33
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

 İkinci oyun günündə son çempion “Neftçi” autsayder “Keşlə”ni qəbul edib.
 
“Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə sonuncudur.
 
Qeyd edək ki, IV turun ilk iki oyununda “Qəbələ” evdə “Səbail”i 5 cavabsız qolla məğlub edib, “Zirə” isə “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” - “Səbail” matçı ilə yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top