Cəlilabadda qədim məzarlıq aşkarlanıb — FOTO


SOSİAL 19 sen 2021, 11:52
Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.
Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top