“Ermənilərin “İskəndər” raketi ilə bağı etirafı...” — Vahid Əhmədov

GÜNDƏM 18 sen 2021, 18:12
“Ermənilər müharibədən əvvəl və müharibədə etdiklərini etiraf etməyə başlayıblar. Erməni hərbi eskpert də Ermənistanın yalanlarını dilə gətirib. Görünür, artıq onlar da başa düşüblər ki, Azərbaycana qarşı atılan təxribatların sonu yaxşı olmayacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Erməni hərbi ekspert Van Ambarçumyanın Tovuz döyüşləri və 44 günlük müharibə ilə bağlı Ermənistanın yalanlarını ifşa etməsi barədə danışan millət vəkili bildirib. ki, 
“Azərbaycan artıq bəzi məsələlərdə çox sərt mövqe sərgiləyir. Xüsusilə, ərazi bütövlüyümüzlə bağlı istənilən məsələdə mövqeyimiz və reaksiyamız sərtdir və belə də olacaq. Artıq bunu başa düşən şəxslər, o cümlədən erməni ekspert Ambarçumyan həqiqətləri etiraf etməyə başlayıb. Əslində, onun bu açıqlamaları Ermənistana xəbərdarlıq niyyəti daşıyır. Ekspert yalanlarının, ziddiyyətli bəyanatlarının Ermənistanı uçuruma doğru apardığını bildirməyə çalışır. Yəni, Ermənistan yalanlarından, vəziyyətini yaxşı göstərməkdən əl çəkməlidir. Çünki bu yalanlar, əvvəlki mif artıq yoxdur. 

Erməni ekspert həmçinin müharibə dövründə Azərbaycanın mövqeyini, apardığı döyüşləri, mülki vətəndaşlara zərər verməməsini dilə gətirib. 
Ermənistanın müharibə dövründə qadağan olunmuş silahlardan, həmçinin “İskəndər” raketindən istifadəsinə dəfələrlə toxunulub. Bu istiqamətdə Azərbaycan lazımi addımlar da atıb. Dövlət başçısı müsahibələrində və çıxışlarında da ictimaiyyətə bu barədə geniş fikir bildirib. Ermənistan hər dövrdə öz təxribat addımlarını davam etdirib, onlar müharibədə Azərbaycanın münaqişədən kənar bölgələrinə qadağan olunmuş raketlərlə ziyan veriblər. Bunlar heç kimə sirr deyildi, lakin erməni ekspertinin bu etirafı müharibə dövründə Ermənistanın yalanlarını, özünü və digər dövlətləri aldatmaq cəhdlərinin fiaskoya uğramasının növbəti göstəricisi oldu”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top