Cavid Hüseynov “Cəbrayıl” futbol klubu yaratdı

İDMAN 17 sen 2021, 13:03
“Qəbələ”nin və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov yeni klub yaradıb.

Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, yaratdığı klubun adı “Cəbrayıl”dır və eyniadlı rayonu təmsil edir. 

Qeyd edək ki, Cavid Hüseynov əslən Cəbrayıl rayonundandır.  Onun atası baş leytenant Şakir Abbasov 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top