Ərdoğan Türkiyənin Dini İşlər İdarəsinə sədr təyin etdi

DÜNYA 17 sen 2021, 10:14
Professor Ali Erbaş yenidən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsinə təyin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

A.Erbaş yenidən bu vəzifəyə təyin olunması ilə əlaqədar R.T.Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, A.Erbaş Ordu əyalətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. 2017-ci ildən Türkiyə Dini İşlər İdarəsinin sədri vəzifəsində çalışır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top