Daha bir qrup siyasi partiyanın nümayəndələri Türk Şəhidliyini ziyarət etdilər — FOTOLAR

DAXİLİ SİYASƏT 15 sen 2021, 15:26
Azərbaycanın daha bir qrup siyasi partiyasının nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Demokrat.az xəbər verir ki, ziyarətdə Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev, Ağ Partiyasının sədri Tural Abbaslı, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev iştirak ediblər.

Ziyarətçilər arasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər funksionerləri də olub.

Onlar Bakının azadlığı uğrunda canından keçən qəhrəman Azərbaycan və Türkiyə əsgərlərinin xatirəsini ehtiramla yad ediblər, Türk Şəhidliyi abidəsinin önünə güllər düzüblər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top