Siyasi partiyaların nümayəndələri Türk Şəhidliyini ziyarət etdilər — FOTOLAR

DAXİLİ SİYASƏT 15 sen 2021, 12:24
Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Demokrat.az xəbər verir ki, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Ziyarətçilər arasında partiyaların rəhbər heyətləri ilə yanaşı, digər funksionerləri də olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top