Salyan rayon İcra Hakimiyyətindən bayrağımıza həssas yanaşma — FOTOLAR

GÜNDƏM 10 sen 2021, 12:18
Bəzi sosial şəbəkə hesablarında Salyan rayonunda yol kənarında yerləşdirilən şəhid fotolarına bərkidilmiş və cırıq halda olan Azərbaycan bayrağının fotoları paylaşılıb. 

Demokrat.az bildirir ki, bu tip hallara tez-tez rast gəlinir və müxtəlif bölgələrdə yol kənarında, küçələrdə asılmış Azərbaycan bayrağı hava şəraitindən asılı olaraq, arzuolunmaz hala düşə bilir. 

Məsələ ilə bağlı Demokrat.az Salyan Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirilib ki, rayonda şəhidlərin fotoları, məzarlıqları olan bütün yerlər daim nəzarətdə saxlanılır: 

“Sadəcə havanın küləkli və yağmurlu keçməsi arzuolunmaz vəziyyət yaradır və biz də öz növbəmizdə təxirəsalınmaz addımlar atırıq. Bəli, havanın küləkli və yağmurlu keçməsi bayrağın cırılmasına səbəb olub. Ancaq dərhal biz tədbir görmüşük və bayrağı yenisi ilə əvəzləmişik. Bəziləri isə bundan şou düzəltməklə məşğuldur”. 

No description available.
No description available.No description available.
No description available.

Fuad
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top