Qarabağ Dirçəliş Fondunun onlarla görüşü keçirildi — FOTOLAR

SOSİAL 08 sen 2021, 18:55
Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü,
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman
 
Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edirdi.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası
Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış etdi.

Daha sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası edildi, müxtəlif layihələr barədə təkliflər müzakirə olundu.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olundu.
Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulandı.

Qeyd edək ki, tədbirdə yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanacağı barədə məlumat açıqlandı. Eyni zamanda Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyasının birgə layihələrinin həyata keçirilməsi üçün işçi qruplarının yaradılmasına qərar verildi.

Sonda işğaldan azad olunan ərazilərdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən bank sektorundan olan donorlara xüsusi “İanə Sertifikatı” təqdim edildi.

Görüşdə iştirak edən PAŞA Bank ASC, Kapital Bank ASC, Bank Respublika ASC, Xalq Bank ASC, Unibank ASC, Ziraat Bank ASC, Rabitəbank ASC, Bank of Baku ASC, Günay Bank ASC, Muğanbank ASC, Turanbank ASC, Yelobank ASC, Expressbank ASC, Aqrarkredit QSC, Azər-Türk Bank ASC Qarabağ Dirçəliş Fonduna ümumilikdə 2.550.000 AZN ianə edib.







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top