Erməni qadın uşaqlarıyla birgə Şuşaya keçmək istədi


REGİON 06 sen 2021, 22:18
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.


Demokrat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, onlar Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.

Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.

O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top