İnternet üzərindən avtomobil almaq istəyən şəxslərin nəzərinə — VİDEO

BİZNES 30 avq 2021, 09:35
Avtomobil almaq istəyən Göygöl sakini aldadılıb.

Demokrat.az xəbər verir ki, internetdə maşın elanı görən Göygöl sakini Sübhan Məmmədov onun ucuzluğuna aldanaraq tez almaq istəyib. O, guya Ağstafada yaşayan "satıcı" Şəhriyar ilə 2000 manat qiymətdə razılığa gəlib. Satıcı sonra isə onun inamından sui-istifadə edərək bank kartına 1200 manat göndərməsini istəyib.

Maşını almaq üçün Ağstafaya gedən Sübhan Məmmədov orada "satıcıya" zəng çatmadığını görərək aldadıldığını başa düşüb və tədbir görmək qərarına gəlib. O, 102 xidmətinə və yerli polis şöbəsinə müraciət edib.

Məlum olub ki, ona qarşı dələduzluq edərək 1200 manatını mənimsəyən şəxs Bakı şəhər sakini Racov Elxan Teyyub oğludur. Hazırda fakt araşdırılır.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top