Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

HADİSƏ 31 yan 2019, 12:55
Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 tetri təşkil edəcək.

SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top