50 yaşlı arvadını öldürən kişinin məhkəməsi başlayır

KRİMİNAL 30 apr 2024, 15:00
Bakının Qaradağ rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Zaman Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası mayın 8-nə təyin olunub. 

İttihama görə, bu ilin yanvarın 11-i saat 20 radələrində 50 yaşlı  Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində  öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 54 yaşlı Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən Zaman Zeynalovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top