Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

REGİON 04 avqust 2021, 21:30
Türkiyədə meşə yanğınında şübhəli bilinən daha bir nəfər tutulub.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxs Mersində otları alışdıraraq yanğına törətməkdə təqsirli bilinir.

Bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb. Bildirilir ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən K.Ş. və B.K. adlı şəxslər polis tərəfindən saxlanılmışdı.

İstintaq zamanı K.Ş.nın günahı sübuta yetirildiyindən o həbs edilib, B.K. məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 08:27
20 iyun 2025, 22:40
Top