“Flora Kərimovadan "siyasi ikona" düzəldənlər onu söyməyə başladılar"

GÜNDƏM 01 avq 2021, 00:05
“Flora xanımdan illərdir "siyasi ikona" düzəldənlər indi onu söyməyə başladılar. Flora xanımın sənətindən illərdir, ləzzət alanlar bu gün də onun sənətinə qiymət verirlər”.

Demokrat.az
-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bəziləri 80 yaşlı xanımdan zorla inqilabçı düzəltməyə çalışırlar: 

“İyrənc olduğu qədər də gülməli mənzərədir. Sanki inqilab olurmuş da, Flora xanım qoymurmuş, ya da, sanki son ümidləri Flora xanım imiş, o da bunların son ümidlərini öldürübmüş. Məsələlərə prinsipial baxsalar, dərd-yarı olardı, deyərdilər ki, SSRİ-dən qalmış mənasız fəxri adlar ləğv edilsin, dövlət mədəniyyəti rahat buraxsın, incəsənətdə azadlıqlar artsın - bu olardı ideoloji yanaşma, prinsiplərin elanı, amma bugünkü görüntü əttökəndi, nə gözləyirdiz ki, Flora xanımdan?! 

Çıxıb, "rədd olsun mənfur rejim", deməli idi?! Və ya hamını mitinqlərə, etirazlara çağırmalı idi?! Adam 25 il efirlərdən məhrum olanda, televiziyalara buraxılmayanda, maddi təminatdan kənarda qalanda bu gün onu söyənlərin hansı biri ona sahib çıxıb, maddi dəstək göstərib?! 

Siyasəti şou-biznesə çevirənlər hələ də sənət əhlindən inqilab gözləyirlər. Yazıqlar olsun... İllərdir,  bu rejimə xidmət edən bəzilərini başda otuzdururlar, onların başına and içirlər, əsl müxalifətçi sayırlar”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top