Əli Əsədov sərəncam imzaladı


DAXİLİ SİYASƏT 29 iyl 2021, 17:23
Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Demokrat.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Sərəncama əsasən, DİM Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı ilə bağlı təkliflərini də iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top