Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qıldılar — FOTOLAR

QARABAĞ 29 iyl 2021, 13:48
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top