Bayden Obamanı Trampla səhv saldı

DÜNYA 29 iyl 2021, 09:09
ABŞ prezidenti Cozef Bayden keçmiş həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, Bayden “C-SPAN” televiziya kanalı tərəfindən yayımlanan Pensilvaniyadakı çıxışı zamanı, 2009-cu ildə Prezident Tramp ona avtomobil sənayesindəki böhranı həll etmək barədə tapşırıq verdiyini söyləyib.

“Bağışlayın... Mən vitse-prezident olduğum zaman prezident Obama idi” deyə, Bayden dərhal səhvini düzəldib.

Barak Obama, 2009-cu ildən 2017-ci ilə qədər ABŞ-ın prezidenti, Bayden isə o zaman vitse-prezident vəzifəsində çalışıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top