"Bu şəxslərə ömürlük cəza verilsin" — İşgəncə görən əsirlər


KRİMİNAL 28 iyl 2021, 16:21
Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan 11 - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər çıxış edib.

Zərərçəkmiş Elşən İslamov bildirib ki, təqsirləndirilən şəxslərəçən ağır cəza, ömürlük cəza verilməsini istəyib.

Zərərçəkmiş Elman Hacıyev deyib ki, əsirlikdə olanda bu şəxslərə işgəncə verməməsi üçün çox yalvarıb və bu səbəbdən onlara ağır cəza verilməsini tələb edib. 

Digər zərərçəkmişlər də çıxışlarında təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib. 

Daha sonra vəkillər çıxış.etmıj üçün vaxt istəyib. 

Bu səbəbdən proses avqustun 2-nə təyin olunub.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top