Prokuror casusluq edən ermənilərə cəza istədi

KRİMİNAL 28 iyl 2021, 12:45
Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror qeyd edib ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı verilmiş Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham tam sübuta yetirilib.

Prokuror Sujyan Gevorg Rubenoviç və Davtyan Davit Tiqranin hər biri 16 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin cəzalarının başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmasının təmin olunmasını istəyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top