Ermənistan ordusunun zabiti yol qəzasında öldü

REGİON 24 iyul 2021, 20:51
Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çarpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirozyan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.

Məlumata görə, qəza iyulun 24-də baş verib.

Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.

Faktla araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top