Psixoloji xidmətin sistemləşdirilməsi üçün işlərə başlanılıb

SOSİAL 23 iyl 2021, 10:40
TƏBİB-in Regional Psixoloji Dəstək Mərkəzləri bu ilin dörd ayı ərzində psixoloji xidmətlər göstərib.

Demokrat.az-ın xəbərinə görə, bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi "Medianın psixi sağlamlıqda rolu" adlı təlimində çıxışı zamanı deyib.

O, bildirib ki, cari ilin martın 15-dən iyulun 8-dək şəhid ailələrindən 354 nəfərə psixoloji yardım göstərilib. Habelə, hərbçilərdən 686, terror qurbanlarından 156 şəxs bu yardımdan yararlanıb.

O da qeyd olunub ki, hazırda psixoloji xidmətin sistemləşdirilməsi üçün işlərə başlanılıb.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top