TOKİO-2020: Boksçularımızın ilk rəqibləri bilindi

İDMAN 23 iyl 2021, 00:08
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.
 
Demokrat.az
xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.
 
İyulun 24-də Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Nquyen Van Duonq (Vyetnam), Lorenzo Sotomayor (69 kq) Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) Denis Latıpov (Bəhreyn) ilə qarşılaşacaqlar. İyulun 25-də Cavid Çələbiyev (63 kq) Ukrayna təmsilçisi Yaroslav Hartsiz ilə üz-üzə gələcək.
 
Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Alfonso Dominqesin (81 kq) rəqibi Emmett Brennan (İrlandiya) - Dilşodbek Ruzmetov (Özbəkistan) qarşılaşmasının qalibi olacaq. Təmsilçimiz ilk görüşünü iyulun 28-də keçirəcək.
 
Qeyd edək ki, Olimpiadanın boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top