İdman

Konfrans Liqası: "Qarabağ"dan heç-heçə, "Keşlə" uduzdu

Konfrans Liqası: Qarabağdan heç-heçə, Keşlə uduzdu

Bu gün daha iki klubumuz UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, II təsnifat mərhələsində "Qarabağ" evdə İsrailin "Aşdod" komandası ilə qarşılaşıb.

"Keşlə" isə səfərdə Rusiyanın "Soçi" klubu ilə üz-üzə gəlib.

"Qarabağ" Bakıda heç-heçəyə razılaşıb, "Keşlə" isə ilk oyundan böyükhesablı məğlubiyyətə düçar olub.

22 iyul UEFA Konfrans Liqası

20:00. "Qarabağ"(Azərbaycan) - "Aşdod" (İsrail) - 0:0 Qırmızı vərəqə: Maksim Medvedev, 83 ("Qarabağ") Baş hakim: Sergey Boyko (Ukrayna) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. "Soçi" (Rusiya) - "Keşlə" (Azərbaycan) - 3:0 Qollar: Rodriqo, 10, Noboa, 66, Barsov, 81 Baş hakim: Enea Yorci (Albaniya) Soçi. "Fişt" stadionu

Demokrat.az

D
demokrat.az