Xalq artistinin oğlu efirdə ağladı — Kömək istədi

İNCƏSƏNƏT 22 iyl 2021, 13:56
Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhətində kəskin problemlər yaranıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olan Məmməd Zeynalov bu haqda “Elgizlə izlə” verilişində məlumat verib.

O, göz yaşları axıdaraq, böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkdiyini qeyd edib:

"İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müayinələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə min manatdır".

Qeyd edək ki, Məmməd Zeynalov illər öncə insult da keçirib.

Ailəlidir, bir övladı var.(kulis.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top