Niderlandda daşqın təhlükəsi ilə əlaqədar 15 min vətəndaş təxliyə olunacaq


DÜNYA 17 iyl 2021, 22:09
Niderlandın cənub-şərqindəki daşqın təhlükəsi səbəbindən təxminən 15 min vətəndaş təxliyə olunacaq.

Bu barədə “NL Times” portalı məlumat yayıb.

Artıq Niderlandın Mastrixt şəhərinin səlahiyyətliləri Maas çayının sahilində yerləşən iki rayonun sakinlərinə gözlənilən daşqınla bağlı evlərini tərk etməyə çağırıb.

“Bu gecə Mastrixtin bir hissəsi su altında qalacaq. Təbii fəlakətin təsirinə məruz qalan ərazilərdə suyun səviyyəsini 80 santimetrdən beş metrə qədər qalxacaq. Bu, misli görülməmiş vəziyyətdir”, - Şimali Limburq regionunun təhlükəsizlik xidmətinin əməkdaşı vurğulayıb.(oxu.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top