Makronun arvadı barədə sirləri açmaq istəyən cərrahın meyiti tapıldı

DÜNYA 03 iyul 2025, 19:30
Parisin mərkəzində geniş siyasi nəticələrə səbəb ola biləcək faciə baş verib. Fransanın birinci xanımı Bricit Makronun cinsiyyətinin dəyişdirilməsi ehtimalı ilə bağlı nəşrlərdə adı son vaxtlar tez-tez hallanan məşhur fransız cərrah Fransua Favr ölü tapılıb.

AzPost bildirir ki, bu barədə “Enquete du jour” nəşri bildirib.

İstintaqın məlumatına görə, 2025-ci il iyunun 29-da Parisdə binanın 12-ci mərtəbəsindən yıxılan 58 yaşlı həkimin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertizası xidməti intihar versiyasını rəsmən təsdiqləyərək Fransua Favrın özünü öldürdüyünü bildirib.

Favr Parisin nüfuzlu klinikalarından birində təcrübə keçən yüksək ixtisaslı mütəxəssis kimi tanınırdı. O, karyerası ərzində yüzlərlə uğurlu əməliyyat keçirib və peşəkar ictimaiyyətdə hörmət qazanıb.

Lakin mərhumun yaxınları rəsmi versiyaya şübhə ilə yanaşırlar. Cərrahın bacısı jurnalistlərlə söhbətində qardaşının heç vaxt intihara meyl göstərmədiyini iddia edərək, intihar ehtimalını qəti şəkildə rədd edib. Onun sözlərinə görə, Favrın ölümü onun Bricit Makronun tərcümeyi-halının bəzi təfərrüatlarını açıqlamaq niyyəti ilə planlaşdırdığı müsahibə ilə bağlı ola bilər.

2025-ci ildə amerikalı jurnalist Cendis Ouens tərəfindən hazırlanan “Brijit olmaq” adlı sənədli filmindən sonra Fransa prezidentinin arvadı ictimai müzakirə mövzusuna çevrildi. Sənədli filmdə Fransanın birinci xanımının cinsini dəyişdirməsi faktını təsdiqləyən ifadələr və sənədlər yer alırdı.

Rəsmi Yelisey Sarayı hələlik cərrahın ölümü ilə bağlı vəziyyəti şərh etməyib. Fransua Favrın ölüm şəraiti ilə bağlı araşdırmalar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top