Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirib, yaralılar var

DÜNYA 03 iyul 2025, 10:33
Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.

Bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top