Deputat: “Sənət adamlarına quru fəxri ad yox, pul vermək lazımdır”

MƏDƏNİYYƏT 03 iyul 2025, 14:02
Azərbaycanda sovet dövründən qalma məqamlardan biri də fəxri adlardır. Fəxri adların ləğvi zaman-zaman müzakirə edilsə də, hələ ki konkret addımlar atılmayıb. Bəs, yaxın müddətdə bu adlar ləğv edilməlidirmi?

Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, sənət adamlarına daha çox maliyyə yardımı edilməlidir, nəinki quru adlar:

“Bu məsələ cəmiyyətdə dəfələrlə müzakirə olunub. Fikrimcə, fəxri adlar məsələsinə konseptual yanaşmaq lazımdır. Bu mövzuda maarifləndirmə aparılmalıdır.

Sənət adamına sənətin keyfiyyətinə görə pul vermək lazımdır, imkan yaratmaq lazımdır ki, istedadını inkişaf etdirə bilsin, çətinliklərin öhdəsindən gəlsin və fikrini, diqqətini sənətinə ayıra bilsin. 

Yoxsa bu quru-quru adlarla məsələ çözülmür. Bu məsələyə baxılmalıdır. Mənim fikrimcə, fəxri adların elə bir əhəmiyyəti yoxdur. Quru fəxrdən başqa adı yoxdur”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top