Elnur Məcidli Baş Prokurorluqda ifadə verdi — SƏBƏB

HADİSƏ 16 iyl 2021, 17:46
Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytında 11 ildən sonra Azərbaycana qayıdan ictimai fəal Elnur Məcidlinin axtarışda olmasında dair məlumatlar silinməyib.

Həmin məlumata görə, Elnur Məcidli Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.   

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Elnur Məcidli qeyd edib ki, barəsində olan axtarış işinə xitam verilib: “Bir neçə il əvvəl Bakı polisi tərəfindən axtarışa verilməyimlə bağlı məlumatım var idi. Lakin həmin axtarış işinə bu il mayın 8-də xitam verilib. Binəqədi rayon Məhkəməsi bununla bağlı prokurorluğa məlumat da verib. Mən də ölkəyə qayıdandan sonra bununla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində ifadə vermişəm. Barəmdə elan olunan axtarışın nəyə görə hələ də Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytında saxlanıldığını bilmirəm. Görünür bu texniki səhvdir və onların həll edəcəyi məsələdir”.  

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top