YapiKredi Müraciət Forması
Xarici siyasət

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

"İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 58 adam ölüb, xeyli sayda adam xəsarət alıb.

Demokrat.az

D
demokrat.az