"Qarabağ" afrikalı hücumçu ilə müqavilə bağladı

İDMAN 10 iyl 2021, 23:53
"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubunun futbolçusu Abdul-Aziz Yakubunun keçidini həll edib.

"Report" "GHANAsoccernet.com" saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı hücumçu ilə müqavilə bağlayıb.

Qanalı forvardla imzalanmış sözləşmənin müddəti 4 illikdir.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top