Gürcüstana “AstraZeneca” vaksininin növbəti partiyası gətirildi

REGİON 10 iyl 2021, 23:01
Bu gün Gürcüstana koronavirus əleyhinə “AstraZeneca” peyvəndinin 43 200 dozadan ibarət növbəti partiyası çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qonşu ölkə preparatları COVAX platforması vasitəsilə əldə edib. “AstraZeneca” yaşı 45-dən yuxarı olan şəxslərin peyvəndlənməsində istifadə olunacaq.

Qeyd edək ki, Gürcüstan bu vaksini bu ilin mart və may aylarında da tədarük edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top