Türkiyə və Fələstin prezidentləri görüşdü


DÜNYA 10 iyl 2021, 16:44
Fələstinin dövlət başçısı Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında İstanbula rəsmi səfərə gedib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, səfər çərçivəsində dövlət başçıları arasında təkbətək görüş keçirilib.

Mətbuata qapalı formada keçirilən görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq.

Qeyd edək ki, səfərin gündəliyində Türkiyə ilə Fələstin arasında əməkdaşlığın genişləndirilməsi və Fələstində növbəti seçkilərlə bağlı fikir mübadiləsi olub.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top