İKT-nin iqtisadi həyata təsir mexanizmləri

İKT 10 iyl 2021, 18:15
XXI əsrin əvvəllərindən informasiya-kommunukasiya texnologiyaları (İKT) dünyaya öz təsirini göstərdi. Nəticədə, ölkələrin iqtisadiyyatı yeni inkişaf yoluna qədəm qoydu, eləcə də, hadisələrə baxış bucağı dəyişməyə başladı. Başqa cür desək, İKT toplumun və iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildi. 

İKT-nin iqtisadiyyata təsiri

Dünyada baş verən qlobal proseslər Azərbaycandan da yan keçmədi. Belə ki, onun əhatə dairəsi dövlət orqanlarını, sosial-iqtisadi sahələrinə, elm və təhsilə, mədəniyyətə, bütövlükdə insanların həyat tərzinə təsir göstərdi. İndi ölkəmiz İKT-nin yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atır. İnformasiya və kommunukasiya texnologiyalarının tətbiqinin dərəcəsi ölkənin elmi, iqtisadi potensialının, dövlət idarəçiliyinin səviyyəsinin göstəricilərindən hesab olunur. Bu, bütün dünya üzrə belədir.

Dünya bazarında elektron biznesin rolunun artdığı müşahidə olunur və indi ölkələrin iqtisadi rəqabəti aparmaq qabiliyyəti onların İKT-dan effektiv istifadəsindən asılıdır. Son illərdə sözügedən sahənin inkişafı məqsədilə, Azərbaycanda müvafiq addımlar atılır, İKT istiqaməti dövlət siyasətinin tərkib hissəsinə çevrilir. 

Azərbaycanda da 2016-cı ilin sonlarında iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri (SYX) hazırlanıb. Onların icrası iqtisadiyyatın rəqabətliliyin daha da artıracaq. SYX çərçivəsində effektiv idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq planlaşdırılır. 

Ölkə prezidentinin təşəbbüsü nəticəsində İKT sahəsində səmərəli addımlar atılmaqdadır. Belə ki, dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin yeni şəraitə asan uyğunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla informasiya cəmiyyətinə keçidin realllaşdırılması və inkişafını təmin etmək mərhələsindəyik. 

1994- cu ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdı. Bununla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətli tətbiqində böyük canlanma yaratdı. Siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi bazanın yaradılması daxildir. Həmçinin, insan faktorunun inkişafı, vətəndaşların bilgi əldə etmək, onu yaymaq və istifadə etmək hüquqlarının qazanılması, elektron hökumətin, elektron biznesin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual imkanlarının təkmilləşdirilməsi, biliklərə əsaslanan, rəqabətə davamlı istehsalın qurulması kimi əsas məsələlər daxildir. Məhz kompleks islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o cümlədən genişzolaqlı internet dinamik inkişaf etməyə başladı. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın tətbiqi geniş vüsət alıb. 

İKT sahəsi iqtisadiyyatın mühüm tərkib hissəsidir. Bu sahəyə, telekommunikasiya sənayesi də daxil olmaqla, genişçeşidli istehsal və xidmət sektorları daxildir. Biznes subyektləri vəistehlakçılar arasında kommunikasiya və məlumat mübadiləsinə şərait yaradan İKT cəmiyyətin,dövlətin və iqtisadiyyatın inkişafında dəstəkləyici rola malikdir.İKT-nin geniş miqyasda tətbiqi yeni iş yerlərinin yaradılmasına və məhsuldarlığın artmasına ciddi təsir göstərir. Xüsusən də, inkişaf etməkdə olan ölkələrdə İKT-nin tətbiqi ÜDM-də artıma təkan verən mühüm amilə çevrilmişdir. İKT yeni iş yerlərinin yaradılmasında multiplikativ təsirə malikdir. Beynəlxalq təcrübə göstərir ki, İKT sahəsində yaradılan hər bir yeni iş yeri iqtisadiyyatın digər sektorlarında 2-4 yeni iş yerinin yaranmasına təkan verir. İKT-nin tətbiq edildiyi sənaye sahələrində məhsuldarlıqda nəzərəçarpacaq artım müşahidə edilir və ən qabaqcıltexnologiyalardan istifadə edən sahibkarlıq subyektləri daha sürətlə inkişaf edir. İKT sektorunda innovasiyalara aşağıdakı üç trend daxildir: məlumatların çoxluğu, onlardan istifadənin daha da asanlaşması və emal imkanlarının artması. Elektron vasitələrlə ötürülən, qəbul və təkrar emal edilən məlumatın ümumi həcmi dəfələrlə artmışdır. Əşyaların İnterneti, böyük həcmli verilənlər və geniş əhatə dairəsinə malik sosial şəbəkələr məlumat bolluğunu daha da

İKT-nin təsir göstərdiyi konseptual strategiyalar

İKT-nin imkanlarından istifadə etməklə əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox konseptual strategiyalar (“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası) və çoxsaylı müvafiq dövlət proqramları qəbul edilmişdir. Qeyd oluanan strategiyalar, dövlət proqramları və digər praktiki tədbirlər çərçivəsində İKT-nin imkanlarından istifadə etməklə ölkəmizdə sosialyönümlü sahələrin inkişaf etdirilməsi, əhaliyə sosial-məişət xidmətlərinin göstərilməsi, əhalinin aztəminatlı təbəqələri üçün pulsuz informasiya xidməti imkanlarının yaradılması, səhiyyə sistemində informasiya və kommunikasiya texnologiyalarından istifadənin inkişaf etdirilməsi, əhaliyə məsafədən tibbi xidmətlərin (tele-tibb) göstərilməsi, əlillərin və fiziki imkanları məhdud olanların sosial-mədəni tələbatlarının ödənilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, əhali üçün məsafədən işləmək (tele-iş) imkanlarının yaradılması, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.

Zaur Hacılı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top