Azərbaycan XİN Tacikistana başsağlığı verdi

XARİCİ SİYASƏT 10 iyl 2021, 13:16
Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

Xarici İşlər Nazirliyi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, -deyə paylaşımda bildirilir

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub. Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top