Prezident bu məşhur şəxsə ev hədiyyə etdi — FOTO

İNCƏSƏNƏT 10 iyl 2021, 11:06
Xalq rəssamı Rafiq Nəsirova ev hədiyyə edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyev xalq rəssamı Rafiq Nəsirova bir müddət əvvəl ev hədiyyə edib.

Rafiq Nəsirov Manset.az-a məlumatı təsdiqləyərək saytımıza açıqlamasında bunları deyib:

“Ümummilli Lider Heydər Əliyev mənə Əməkdar artist, İlham Əliyev isə Xalq artisti, Prezident təqaüdü, nəhayət, ev hədiyyə etdi. Allah onun canını daim sağ eləsin. Bizim üstümüzdən əskik olmasın. Bu mənim yaradıcılığıma verilən böyük qiymətdir. Evim Yasamalda verilib. Üç otaq, 150 kvadratdı. Bir daha Prezident İlham Əliyevə təşəkkür edirəm.”



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top