Bu rayonlar susuz qalıb — VİDEO

SOSİAL 09 iyl 2021, 08:43
Ötən illə müqayisədə bu il Araz su anbarına su daha az yığılıb. Füzuli, Beyləqan, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabadda suvarma suyunun təminatı ilə bağlı çətinliklər yaşanıb.

Bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.

O bildirib ki, sözügedən bölgələrdə su ilə bağlı yaşanan problem Mingəçevir su anbarının köməkliyi ilə aradan qaldırılıb.

Qulu Kərimovun sözlərinə görə, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında da su çatışmazlığı var. Problemi aradan qaldırmaq üçün Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları, o cümlədən Kür çayı üzərində yerləşən nasos stansiyalarına limitlər qoyulub.

Qulu Kərimov deyib ki, hazırkı vəziyyətdə yeganə çıxış yolu mövcud su mənbələrindən və su ehtiyatlarından səmərəli istifadə etməkdir.

Qurum rəsmisinin sözlərinə görə, su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün ötən ildən etibarən 54 region üzrə suvarma qrafikləri tərtib edilib. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top