Rafael Cəbrayılovdan xəbər var

SOSİAL 08 iyl 2021, 19:33
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun məhkəməsi keçirilib.

Demokrat.az xəbər verir ki, məhkəmədə prokuror çıxış edərək sabiq deputatın ittihamlarını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top