Media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək

MEDİA 07 iyl 2021, 13:03
Azərbaycanda KİV-lərin digər media orqanlarına məxsus informasiyalardan hansı hallarda istifadə edə biləcəyi açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.

Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top