Tokio Olimpiadasında Azərbaycan bayrağını iki nəfər daşıyacaq? — MOK-dan AÇIQLAMA

İDMAN 05 iyl 2021, 20:32
“Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycandan bir bayraqdar olacaq”.

Bunu Oxu.Az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu gün jurnalistlərə açıqlamasında gender bərabərliyini nümayiş etdirmək üçün açılış mərasimində iki bayraqdarla təmsil olunacaqlarını bildirib.

Bəs bizdə də iki bayraqdar olacaqmı? Çingiz Hüseynzadə bu məsələyə aydınlıq gətirib:

“Biz daha əvvəl də bildirmişik ki, Azərbaycanın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. İki bayraqdarla çıxış etmək kimi məcburiyyət yoxdur. Bu səbəbdən də bizim idmançı heyətdən Azərbaycan bayrağını yalnız Rüstəm daşıyacaq”.

Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi iyulun 23-də olacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top